Əhmədova ermənipərəst “Regnum” agentliyinə baş redaktor TƏYİN EDİLDİ backend

Əhmədova ermənipərəst "Regnum" agentliyinə baş redaktor TƏYİN EDİLDİ 

Tanınmış rusiyalı jurnalist və hüquq müdafiəçisi Marina Əhmədova “Regnum” xəbər agentliyinin yeni baş redaktoru təyin edilib.

KONKRET.az xəbər verir ki, Marina Əhmədova Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvüdür. Əvvəllər “Russian reportyor” jurnalının baş redaktorunun müavini vəzifəsində çalışıb, “Ekspert” jurnalının köşə yazarı olub.

2014-2018-ci illərdə o, Donbassdakı münaqişəni işıqlandırıb. Xüsusi hərbi əməliyyat başlayandan Donbasdan məqalələr yazıb. Marina Əhmədova Volnovaxa və Mariupolda mülki şəxslərə humanitar yardımla da məşğul olur.

Bir neçə gün əvvəl jurnalist Modest Kolerov “Regnum” informasiya agentliyinin baş redaktoru vəzifəsindən azad edilib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*