Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Ol (Əjdər Cəbiyev) daha bir vəzifəsini itirib.
KONKRET.az xəbər verir ki, o, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbiyyat Fondunun direktoru vəzifəsindən azad edilib.
Xəbəri Azərbaycan Yazıçılar Birliyindən unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Əjdər Ol fevral ayında Səlim Müslümovun həbs edilməsindən sonra saxlanılmışdı. O, Səlim Müslümovla uzun müddət birgə işləyib və onun yaxın adamlarından biri kimi tanınıb.
