Finnair aviaşirkətinin bir ekipaj üzvü Helsinki-Vantaa Hava Limanında “Airbus A320” təyyarəsinin göyərtəsindən yerə yıxılıb.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya Fövqəladə Halların İstintaq Mərkəzi (OTKES) “Twitter” səhifəsində məlumat yayıb.
Qəza, sərnişinlər təyyarədən düşdükdən və terminala getmək üçün avtobuslara mindikdən sonra baş verib. Təyyarə heyətinin üzvü sərnişinlərin əvvəlcə keçdiyi eyni qapıdan uçuş zolağına yıxılıb. Hadisənin səbəbləri dəqiqləşdirilir.
Hadisə Ouludan Helsinkiyə gələn təyyarənin bortunda baş verib.
