Eko-fəallar məşhur amerikalı rəssamın əsərini ləkələməyə cəhd etdibackend

Eko-fəallar məşhur amerikalı rəssamın əsərini ləkələməyə cəhd etdi

Avstraliyada eko-fəallar məşhur amerikalı rəssam Endi Vorholun Kanberra şəhərindəki qalereyada sərgilənən rəsmini ləkələməyə çalışıblar.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, etirazçılar bununla Avstraliya hakimiyyətini neft, qaz və kömür sənayesindəki fəaliyyətini dayandırmağa çağırıblar.

Xoşbəxtlikdən rəsm əsəri xüsusi ekranla qorunub və zədələnməyib.

Bundan əlavə, etirazçılardan biri özünü eksponata yapışdırmağa çalışsa da, qalereyanın təhlükəsizlik işçiləri vaxtında onun qarşısını kəsiblər.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*