Alimlərin hesablamalarına görə, hazırda dünya okeanlarında 171 trilyondan çox plastik parça üzür.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, pastik qalıqlar balıqların və digər dəniz canlılarının ölümünə səbəb olur.
Ekoloqların fikrincə, qalıqların parçalanması üçün yüz illər lazımdır.
Məlumatlar göstərir ki, okeanlarda plastik konsentrasiyası 2005-ci ildən kəskin artıb.
Belə ki, bir qrup alim 1979-cu ildən başlayaraq qeydləri təhlil edib. Elm adamları xəbərdarlıq ediblər ki, heç bir tədbir görülməsə, bu rəqəm 2040-cı ilə qədər təxminən üç dəfə arta bilər.
İqbal Rzayev,
KONKRET.az
