Ekspert: “Avqustda Avropada “Delta” ştammı dominant olacaq”backend

Ekspert: "Avqustda Avropada “Delta” ştammı dominant olacaq"

“Koronavirusun “Delta” variantı digərlərini sürətlə üstələyərək ölüm sayının artmasına gətirib çıxarır. Proqnozlara görə, avqust ayınadək Avropada “Delta” ştammı dominant olacaq”.

KONKRET.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun sədri Hans Kluge onlayn brifinq zamanı bildirib.

Ekspertin dediyinə görə, Avropada əhalinin tam peyvənd olunması yayın sonuna kimi mümkün olmayacaq. Çünki əhalinin 63 faizi hələ peyvəndin ilk dozasını gözləyir. Digər tərəfdən, həmin vaxtadək məhdudiyyətlər azaldılacaq, buna görə də gediş-gəliş və toplantıların sayı artacaq.

Təşkilat rəsmisi peyvəndləmə işlərini diqqətdən kənar qoymamağın vacibliyini də qeyd edib: “Peyvəndləmədə gecikmələr insan həyatı bahasına başa gəlir. Bu işlər nə qədər ləng getsə, virusun variantları da bir o qədər çox olacaq”. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*