Elçin Quliyev Ermənistanla sərhəddə – FOTOLARbackend

Elçin Quliyev Ermənistanla sərhəddə - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yox­layıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti öyrənilib, təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə, yeni yaradılmış döyüş möv­qe­lərinə və məntəqələrinə, yeni salınmış yollara və qoruyucu sədlərə baxış keçirilib.

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili, zəruri sərhəd mü­hafizə və müdafiə infrastrukturunun təkmilləş­dirilməsi, hərbi hissələrin və qarni­zon­ların tikintisi üzrə görülən işlər nəzərdən keçi­rilib, döyüş hazırlığının yük­səldilməsi, dövlət sərhədinin toxunul­mazlığının və şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi istiqa­mətində zəruri göstərişlər verilib.

  • ?
    İyun 25, 2020 - 21:32

    Elçin Quliyev həmişə şəxsi heyətinin arasındadır. omların qayğılarını problemlərini özünün bilir və aradan qalxmasında şəxsən diqqət göstərir

  • ??
    İyun 25, 2020 - 21:33

    Elçin Quliyev həmişə şəxsi heyətinin arasındadır. omların qayğılarını problemlərini özünün bilir və aradan qalxmasında şəxsən diqqət göstərir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*