Eldar Sabiroğlu: “İlham Əliyev daha üstün səviyyədə görünürdü”backend

Eldar Sabiroğlu: "İlham Əliyev daha üstün səviyyədə görünürdü"

Eldar Sabiroğlu

Münhen görüşlərini izləyərkən Azərbaycan Prezidenti İlham Əliyevlə işğalçı Ermənistanın Baş naziri N.Paşinyanın debatını iki dəfə dinlədim və mübaliğəsiz olaraq bütün məqamlara görə, İlham Əliyevin üstün səviyyədə dayandığını görmək ölkə vətəndaşı kimi məndə müsbət hislər yaratdı. Tarixi gerçəkliklərdən başlamış çağdaş dövrümüzün həqiqətlərinədək Prezident İlham Əliyevin erməni təfəkkürünün insanlıq üçün zərər daşıyıcısı olduğunu birər-birər, özü də gülə-gülə qeyd etməsi Paşinyanı əməlli-başlı özündən çıxarmışdı. Debatın detalları üzərində dayanmaq fikrim yoxdur. Şəxsinə hörmət etdiyim Qubad İbadoğlunun İlham Əliyevin üstün və hazırlıqlı səviyyədə Paşinyana dərs verməsini daha tutarlı mövqe hesab etdiyimdən əlavə şərhə ehtiyac duymuram.

Lakin bəzi həmvətənlərimin aşkar və dolayısı ilə bu debatda Paşinyana üstünlük verməsini başa düşməyə çətinlik çəkirəm. Necə bunu edə bilirsiniz? Prezident Əliyev Qubad İbadoğluna və mənə istədiyi pisliyi edib. Elə bu yaxınlarda Qubad müəllimin qızını haqqı və ədaləti müdafiə etdiyi üçün seçki məntəqəsində döydülər. Lakin bunun müqabilində öz ölkə başçısını düşmənin ayağına vermədi. İç məsələlərinə görə, insan hüquq və azadlıqlarından tutmuş müxtəlif qanunsuz, ədalətsiz məsələlərlə bağlı Əliyevi tənqid edə bilərik. Lakin düşmənlə müqayisədə onu aşağılayıcı tonda tənqidə məruz qoymaq əsla qəbuledilməzdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*