Əli Əsədov Nazirlər Kabinetində 2 nəfəri işdən çıxardıbackend

Əli Əsədov Nazirlər Kabinetində 2 nəfəri işdən çıxardı

Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.

KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncamla Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov tutduğu vəzifəsindən azad edilib.

Baş Nazirin digər sərəncamı ilə isə Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev də tutduğu vəzifəsindən azad olunub.

Hələlik onların yerinə heç bir təyinat olmayıb.

Qeyd edək ki, Nazirlər Kabinetində Aparat rəhbəri, Baş Nazirin köməkçisi, hüquq, humanitar və sosial məsələlər, kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbələrinin müdiri, işlər müdiri vəzifələri vakant olaraq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*