“Əliyev azərbaycanlıların qayıtmasından danışır, Nikol isə…”backend

"Əliyev azərbaycanlıların qayıtmasından danışır, Nikol isə..."

“Avropa Komissiyası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlayır. Bu kimi başlıqlı xəbərlər çox tezliklə adi hala çevriləcək. Bu, Avropa blefidir. Yəni səmavi ölüm vədinə bənzər bir şeydir. Əsas vəzifə anti-Rusiya və anti-İran siyasət yürüdən Nikol Paşinyan hakimiyyətini dəstəkləməkdir.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Andranik Tevanyan yazıb.

“Onlar orta təbəqədən olan kütləyə demək istəyirlər ki, Ermənistanın əraziləri azalır, amma biz sadələşdirilmiş formada Aİ-yə səfər edəcəyik.

Əliyev Ermənistanla birlikdə ATƏT-in Minsk Qrupunun həmsədrləri üçlüyü institutunun ləğvindən, azərbaycanlıların Ermənistana qayıtmasından, dəhlizdən, Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsindən danışır, Nikol Paşinyanın isə heç bir fikri yoxdur. O, xarici ağaları vasitəsilə Aİ ilə viza rejiminin liberallaşdırılması blefini təbliğ etməkdən başqa bir yol görmür.

Maraqlıdır ki, Nikol və komandasının Aİ ilə viza rejiminin liberallaşdırılması ilə bağlı təbliğatının artması fonunda Ermənistan Respublikası vətəndaşlarının həmin vizaları əldə etməsi getdikcə çətinləşib. Aİ-dən viza almaq böyük korrupsiyaya və sürundürməçiliyə gətirib çıxarıb. Nikolun bütün ifadələri tam əksinə işləyir”.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*