“Əliyev ölkəsinin maraqlarını ciddi şəkildə müdafiə etməyi bacarır” – Erməni mediasıbackend

“Əliyev ölkəsinin maraqlarını ciddi şəkildə müdafiə etməyi bacarır” – Erməni mediası

Ermənistan mediasında əksər ekspertlər Münhen Təhlükəsizlik Konfransı çərçivəsində debat zamanı Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan üzərində qələbəsini bu və ya digər şəkildə tam etiraf edir.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni mediasında yer alıb. Məsələn, lragir.am portalında bildirilir ki, Azərbaycan mediası Münhendən sonra Əliyevin qələbəsini elan edən erməni həmkarlarından həvəslə sitat gətirir.

Sayt vurğulayır ki, parlament seçkilərindən sonra Azərbaycan prezidentinin siyasi qələbəsi onun opponentləri üçün gözlənilməz idi. Erməni ekspertlər də bu qələbəni etiraf etməklə İlham Əliyevin çox güclü siyasətçi olduğunu bir daha təsdiqlədilər.

Paşinyanla Əliyevi müqayisə edən erməni mediası ölkənin Baş nazirinin bütün cəhətləri ilə geridə qaldığını qeyd edib.  “Əliyevlə istənilən erməni siyasətçi müqayisə oluna bilməz. O, ölkəsinin maraqlarını ciddi şəkildə müdafiə etməyi bacarır”, –  deyə yazılarda bildirilir.

Erməni jurnalistlərin, politoloqların yekdil rəyi budur ki, Azərbaycan həm siyasi, həm də hərbi güc baxımından Ermənistandan qat-qat güclüdür. Proseslər belə davam edərsə, Azərbaycan siyasi qələbələrini münaqişənin həlli istiqamətində tətbiq etməklə erməni arzularının üstündən xətt çəkəcək.

Beləliklə, belə yazı və analitik rəylər onu deməyə əsas verir ki, erməni KİV siyasi hakimiyyətdən fərqli olaraq reallığı görür.

Hakimiyyətin təbliğat ruporundan kənar sayt və portallar bu baxımdan zamanın Ermənistanın əleyhinə işlədiyinin fərqindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*