“Əliyev və Paşinyanla gün ərzində bir neçə dəfə telefonla danışırıq” – Putinbackend

“Əliyev və Paşinyanla gün ərzində bir neçə dəfə telefonla danışırıq” - Putin

“Azərbaycan və Ermənistan rəhbərləri ilə sıx təmasdayam. Gün ərzində bir neçə dəfə onlarla telefonda danışıram”.

KONKRET.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasında çıxışı zamanı deyib.

“Bizim Xarici İşlər, Müdafiə nazirlərimiz, xüsusi xidmət orqanları rəhbərlərimiz daimi əlaqədədir”, – deyə prezident bildirib.

Putin qeyd edib ki, Rusiya hər iki tərəfin etimadından istifadə etməklə bu münaqişənin həllində, mövqelərin yaxınlaşdırılmasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcək bir mövqe tutur:

“Bu kompromisin tapılmasını çox istərdim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*