Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən istefa verib.
KONKRET.AZ BakuPost-a istinadla xəbər verir ki, Elman Rüstəmov artıq kollektivlə vidalaşıb.
Yaxın günlərdə Elman Rüstəmovun vəzifədən azad edilməsi və onun yerinə təyinat edilməsi ilə bağlı Milli Məclisin toplanacağı gözlənilir.
Qeyd edək ki, Elman Rüstəmovun Baş Nazirin müavini vəzifəsinə təyin olunacağı ehtimal edilir.
