Elmi-tədqiqat institutlarına işə qəbul dayandırılıb? – AÇIQLAMAbackend

Elmi-tədqiqat institutlarına işə qəbul dayandırılıb? - AÇIQLAMA

Bir müddət əvvəl Radiasiya Problemləri İnstitutunda 25 və Şamaxı Astrofizika Rəsədxanasında 8 vakant yer olmasına baxmayaraq işə qəbul dayandırılıb.

KONKRET.az xəbər verir ki, adıçəkilən elmi müəssisələrə işə qəbulla bağlı müraciət edən şəxslərə qəbulun dayandırıldığı bildirilib.

Bu barədə həmin şəxslər APA-ya məlumat verib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyindəki elmi-tədqiqat institutlarına işə qəbulun dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bildirilib ki, hazırda elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması məqsədilə elmi-tədqiqat institutlarında düzgün kadr siyasətinin aparılması işi üzrə müzakirələr aparılır:

“Bu istiqamətdə zəruri addımlar atıldıqdan sonra tərəfimizdən bütün yeniliklər barədə əlavə məlumat veriləcək”- deyə açıqlamada qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*