Əlvida silah! Salam, sülh! Erməni siyasətçilərinin son sözü – ƏTRAFLIbackend

Əlvida silah! Salam, sülh! Erməni siyasətçilərinin son sözü - ƏTRAFLI

Bu barədə dəfələrlə yazmışıq, demişik. Və məcburən yenə təkrarlayıram. Böyük Mirzə Cəlil demiş “Sözümüz o kəslərədir ki, bizi eşitmirlər”. Pisi də odur ki, bizləri eşitməyənlər ermənilərə qulaq verən soydaşlarımızdır. Ən dəhşətlisi də odur ki, ermənilərin hər sərsəm fikrini bizim bəzi media təmsilçilərimiz “şok” məlumat kimi oxuculara sırımaq istəyirlər. Bununla da əslində “düşmən dəyirmanına su tökürlər”. Çünki Qarabağla bağlı bizdəki hər hansı yersiz narahatlıq erməniləri iştahlandırır, həvəsləndirir. Məsələn, bu gün hansısa Yuxarı Qarabağdakı erməni icmasının “XİN” nümayəndəsi qələt eləyib deyib ki, “yaxın zamanlarda yeni müharibə başlayacaq”.

Bunu da guya 101 il əvvəl, 22 mart tarixində Azərbaycan nizami türk ordusunun köməyi ilə Şuşada erməni əhalisinin qırğınını təşkil edilməsi ilə bağlı bəyanatında qeyd ediblər.

Radikal qüvvələrin daxili auditoriya üçün planlaşdırılmış bu cür çağrışları əslində başa düşüləndir. Amma bu cür məsuliyyətsiz çıxışlara Azərbaycan cəmiyyətində həssaslıqla yanaşılması çox təəccüblüdür. Bu gün bir çox yerli xəbər portalları hətta ermənilərin bu zəvzəmələrini manşetlərə belə daşıdı.

Əvvəla, respublika prezidenti İlham Əliyev dəfələrlə deyib ki, “Dağlıq Qarabağ adlı bir problem yoxdur. Bu münaqişə artıq öz həllini tapıb”. Bütün bunlardan sonra bəzi həmkarlarımın niyə görəsə, dövlətimizin başçısına deyil, revanşist erməni millətçilərinə inanması düzü məni əməlli başlı rəncidə edir.

İkincisi, axı bu erməni köpək uşağı başqa nə deməlidir ki? Bu millətçi ermənilər canlarının qorxusundan bu cür sərsəm fikirlər səsləndirirlər. Çünki onlar məğlubiyyətlərini boyunlarına alsalar və bir daha müharibə olmayacağını söyləsələr, xalq onları daşqalaq edər. Son 30 ildə “Dənizdən-dənizə dövlət” iddiası ilə minlərlə erməni gəncini güdaza veriblər. On minlərlə erməni yaralanıb, əlil olub və yaxud evindən-eşiyindən didərgin düşməsinə bais olublar. Bütün bunlardan sonra sizcə erməni millətçiləri başqa nə deməlidir ki?

Hələ onu demirəm ki, son 10 gündə sosial şəbəkələrin erməni seqmentində ölkə başçısı və birinci vitse-prezident haqqında xeyli sayda xoş sözlər və pozitiv çağırışlar yer alıb. Bu isə artıq erməni xalqının oyanışından, həqiqətləri dərk etməsindən və nicatlarını ən yaxın qonşu kimi Azərbaycanda görmələrindən xəbər verir. Bizim mətbuat cameəsi bu tip çağırışları təşviq etməkdənsə, nə yazıq ki, revanşistlərin cəfəngiyyatlarına xüsusi yer ayırırlar. Bu da qeyri-peşəkarlıqdan irəli gələn bir haldır.

Bu gün ölkəmizdə o qədər ekspert, politoloq və siyasi şərhçi meydana çıxıb ki, daş atırsan, onlara dəyir. Səviyyəsiz, səbatsız politoloqların, ekspertlərin və “siyasi şərhçi”lərin məntiqsiz və gerizəkalı “təhlilləri”nə yer verən “mətbuat” isə sadəcə nə etdiyini bilmir. Çünki onlar maarifləndirməklə deyil, təəccübləndirməklə oxucu toplayacaqlarını düşünürlər. Ona görə də bizim “şok” xəbər axtaran “jurnalistlər”imizə tanınmış erməni siyasətçi Senor Asratyanın Rusiya mətbuatına verdiyi müsahibəsinin bəzi məqamlarını çatdırmaq istəyirəm. Erməni siyasətçi deyir ki, “Ermənistan Silahlı Qüvvələrinin son döyüş birləşmələrinin Azərbaycandakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılması davam etdirilir.

Çox güman ki, bu mövzuda rəsmi məlumatlar olmayacaq: revanşist müxalifət Ermənistan ordusunun keçmiş işğalçı qüvvələrinin Qarabağdan çəkilməsinin elanını Baş nazir Nikol Paşinyana qarşı təbliğat hücumunun başqa bir səbəbi kimi istifadə edəcəklər.Hakimiyyət orqanları isə bunu Cənubi Qafqazda sülhə doğru bir addım kimi dəyərləndirirlər. Nəticə etibarilə ən qısa zamanda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yalnız yerli sakinlər qalacaq. Və bundan sonra İrəvan artıq gizli şəkildə Qarabağa erməni çağırışçılarını gətirməyəcək.

Ona görə ki, son aylarda əsgərləri gizli şəkildə Azərbaycana gətirməyə çalışarkən bir neçə dəfə Ermənistan hakimiyyəti ifşa olundu. Bunun nəticəsində Bakı İrəvan tərəfindən beynəlxalq terrorçu statusu almış yurddaşlarının qanunsuz olaraq köçürülməsinə dair dəlillər topladı və onları həm Rusiya tərəfinə, həm də beynəlxalq təşkilatlara göndərdi. Hələ erməni əsgərlərinin valideynlərinin uşaqlarını Qarabağa göndərməmək tələbləri ilə Müdafiə Nazirliyi qarşısında mitinq keçirdiklərini demirik.

Senor Asratyan haqlı olaraq sual verir: “Paşinyan rejimi bu yolla nəyə nail olmaq istəyir: burada bir anda üç addım atır. Bir tərəfdən, Paşinyan Rusiyaya noyabr Bəyanatının yerinə yetirildiyini nümayiş etdirir və erməni əsgər və zabitlərinin Rusiya sülhməramlılarının məsuliyyət zonasından “səssiz” çəkilməsi ilə barışıq istəyini göstərir.

Digər tərəfdən, İrəvan müharibədən sonrakı proseslərdə tamamilə passiv oyunçuya çevrilməmək üçün Bakıya təzyiq metodu kimi qanunsuz silahlı dəstələri və Qarabağdakı Ermənistan Silahlı Qüvvələrinin “könüllülərini” qorumağa çalışır.

Üçüncü tərəf də var, daxili tərəf: erkən parlament seçkilərindən əvvəl səlahiyyətlilər bacardıqları qədər hər kəsi razı salmağa çalışırlar. Buna görə də uşaqlarını Qarabağa getməyə görə etiraz edən valideynlərə qaytaracaqlar və etirazçı revanşistlərin zonaya girməsinə göz yumacaqlar. Bu şəkildə Nikol Paşinyan qonşuları ilə barışıq içində yaşamaq istəyən insanlar üçün daha çox səs təmin edəcək və ona qarşı səs vermək istəyənlərdən bəzilərindən qurtulacaq.

Erməni siyasətçi sonda bunları deyib: “Yaxın həftələrdə Ermənistanın qoşunların çıxarılması prosedurunu necə həyata keçirdiyini müşahidə etmək mümkün olacaq. Bəlkə də ən vacib sual hansı növ Ermənistan hərbi texnikasının Azərbaycan ərazisini tərk edəcəyi ilə bağlıdır. Milliyyətçi təbliğata məğlub olan “könüllülər” Qarabağa nə qədər gəlsələr də, silahları olmasa, Azərbaycan Ordusu üçün təhlükə yarada bilməzlər. Nəzərə alaq ki, rus sülhməramlılarının bütövlükdə məsuliyyət zonasında qanunsuz silahlı qrupların tərksilah edilməsi, müharibədən sonrakı beşillik planın əsas məsələlərindən biridir”.

Göründüyü kimi, erməni siyasətçiləri də artıq hər şeyin bitdiyini söyləyir. Amma bizim bəzi “mətbu orqanlarımız” hələ də sensasiya axtarışındadır.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*