Elvin Cəfərquliyev əməliyyat olundubackend

Elvin Cəfərquliyev əməliyyat olundu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən Elvin Cəfərquliyev əməliyyat olunub.

KONKRET.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin (m. semitendinosus) distal vətərində müəyyən edilən zədələnmə ilə əlaqədar cərrahi əməliyyatı uğurla başa çatıb.

“Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi klubumuzun tibbi heyətinin nəzarəti altında davam etdiriləcək”, – deyə məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*