Kahramanmaraşın Elbistan rayonunda dağıntılar altında qalan Mustafa Sami Şahin Tekirdağdakı əmisi oğluna huşsuz halda göndərdiyi mesaj sayəsində 102 saat sonra xilas edilib.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, xilasedicilər tərəfindən 7 mərtəbəli binanın dağıntıları altından çıxarılan 33 yaşlı Şahin Elbistan Dövlət Xəstəxanasına aparılıb.
O dağıntılar altında qaldığı müddətdə əmisi oğluna 8 mesaj atdığını bildirib:
“Bu, əslində şüurlu bir mesaj deyildi. Şüurlu şəkildə yazdığım mesajların heç biri çatmadı. Onların çatacağına da ümidim yox idi”.

İqbal Rzayev,
KONKRET.az
