KONKRET.az Orta Asiya ölkələri üzrə bürosu Tacikistan hökumətindəki mənbəyə istinadən məlumat verir ki, gələn həftə Tacikistan Prezidenti Emoməli Rəhmon İsveçrə, Çexiya və Fransaya səfər edəcək.
Onun sözlərinə görə, Tacikistan liderinin noyabrın 4-dən 12-dək keçiriləcək Avropa turunda “köhnə dünya”nın digər ölkələrinə də səfər etməsi mümkündür. Yerli ekspertlər hesab edirlər ki, prezidentin bəzi AB ölkələrindən qarşıdakı səfəri zamanı rəsmi Düşənbə iqtisadiyyat, maliyyə, investisiya, təhlükəsizlik sahələrində dəstək istəmək niyyətindədir. Çoxlarına görə, Emoməli Rəhmonun Avropaya qarşıdakı səfəri onun üçün asan olmayacaq.

Ekspertlərdən biri bildirib ki, “Avropada Tacikistan prezidentinə ölkədə söz azadlığı, internet saytlarının bloklanması, gələn ilin yazında keçiriləcək parlament seçkiləri və 2020-ci ilin payızında keçiriləcək prezident seçkiləri ilə bağlı çətin suallar veriləcək…”