Ənvər Həsənov dəfn yeri üçün vəsiyyət edibmişbackend

Ənvər Həsənov dəfn yeri üçün vəsiyyət edibmiş

Xalq artisti Ənvər Həsənov Buzovnada yerləşən qəbirstanlıqda dəfn ediləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Musavat.com-a ailənin yaxını məlumat verib.

Bildirilib ki, aktyor həyat yoldaşının yanında dəfn olunmasını vəsiyyət edibmiş.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*