Ər-Riyada ballistik raket atıldıbackend

Ər-Riyada ballistik raket atıldı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada 2 ədəd ballistik raket atılıb.

KONKRET.az “Haber Global”a istinadən xəbər verir ki, hücum Yəmənin husi döyüşçüləri tərəfindən edilib.

Məlumata görə, raketlər hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib.

Qeyd edək ki, 2015-ci ildən etibarən S.Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəmənə hücumu davam endirir. Buna cavab olaraq husilər ara-sıra S.Ərəbistanındakı strateji hədəflərə hücumlar təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*