Əraqçidən Lavrova mühüm zəngbackend

Əraqçidən Lavrova mühüm zəng

İranın xarici işlər naziri Abbas Araqçı ABŞ tərəfi ilə planlaşdırılan mühüm danışıqlar ərəfəsində rusiyalı həmkarı Sergey Lavrovla telefon əlaqəsi saxlayıb. Diplomatlar arasında baş tutan müzakirələrin əsas mövzusunu regional təhlükəsizlik və ikitərəfli strateji əməkdaşlıq təşkil edib.

KONKRET.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, söhbət zamanı İran tərəfi Moskva üçün həyati əhəmiyyət kəsb edən bir vədi diqqətə çatdırıb. Belə ki, Tehran Rusiya gəmilərinin və yüklərinin Hörmüz boğazından maneəsiz, təhlükəsiz keçidini təmin etmək üçün bütün imkanlarını səfərbər etməyə hazır olduğunu ifadə edib.

Bu addım xüsusilə Qərbin regionda hərbi mövcudluğunu artırdığı və sanksiyalar fonunda dəniz yollarında gərginliyin yüksəldiyi bir vaxtda strateji əhəmiyyət daşıyır. Ekspertlər hesab edir ki, Araqçının amerikalılarla görüş qabağı Lavrovla məsləhətləşməsi Tehranın Rusiya ilə müttəfiqlik münasibətlərinə verdiyi önəmin və regional məsələlərdə Moskvanın maraqlarını nəzərə alacağının göstəricisidir. Hörmüz boğazı kimi kritik bir nöqtədə Rusiyaya verilən bu təminat iki ölkə arasındakı geosiyasi yaxınlığı daha da möhkəmləndirir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*