Ərdoğan Avropa liderlərini qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİbackend

Ərdoğan Avropa liderlərini qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankarada keçirilən sammitindən sonra Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının prezidenti Antonio Koşta və digər avropalı liderlərə üzərində xüsusi qravür olan tapançalar və döyüş patronları hədiyyə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Antonio Koştanın təhlükəsizlik xidməti silahı yoxlanış üçün götürüb. Avropa rəsmilərinin bildirdiyinə görə, Belçikada silah dövriyyəsi ilə bağlı sərt qanunvericilik səbəbindən Koşta və Ursula fon der Leyenin bu hədiyyələri şəxsi kolleksiyalarında saxlamaları ehtimalı azdır.

Böyük Britaniyanın Baş naziri Kir Starmer və Niderland hökumətinin başçısı Rob Yetten isə onlara təqdim edilən tapançaları Türkiyədə saxlamaq qərarına gəliblər. Onların istəyinə əsasən, silahlar atəş açmaq üçün yararsız vəziyyətə gətiriləcək.

Niderland hökumətinin nümayəndəsi Rob Yettenə verilən tapançanın hazırda Ankaradakı Niderland səfirliyində saxlanıldığını təsdiqləyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*