Ərdoğan hicablı qadınlarla bağlı referendum keçirməyə çağırıb.
KONKRET.az xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğan qadınların hicab taxmaq hüququnun ölkə konstitusiyasında təsbit edilməsi məsələsini ümumxalq səsverməsinə çıxarmağı təklif edib.
O bildirib ki, qadınların hicab bağlamaq hüququnun ölkə konstitusiyası ilə təsbit edək.
“Gəlin bu məsələni referenduma çıxaraq, xalq qərar versin”, – deyə Ərdoğan vurğulayıb.
Türkiyə dövlətinin başçısı ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun müvafiq qanun layihəsinin parlamentə baxılmaq üçün təqdim edilməsi təşəbbüsünü belə şərh edib.
Xuraman Etibarlı,
KONKRET.az
