Ərdoğan: “Körfəz ölkələrinin təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir”backend

Ərdoğan: "Körfəz ölkələrinin təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir"

“Türkiyə Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) və digər Körfəz ölkələrinin təhlükəsizliyi və sabitliyini öz təhlükəsizliyi və sabitliyindən fərqləndirmir”.

KONKRET.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-yə səfəri ərəfəsində “Khaleej Times” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, ölkəsi Birləşmiş Ərəb Əmirlikləri ilə enerji, səhiyyə, kənd təsərrüfatı, logistika, infrastruktur, maliyyə, turizm, eləcə də iqlim dəyişikliyi, enerji, su və ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. /apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*