Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinin taxıl müqaviləsinin bərpası məsələsinə “konstruktiv yanaşma” nümayiş etdirdiyini bildirib.
KONKRET.az-ın məlumatına görə, Ərdoğan bildirib ki, Putin və Zelenskinin “taxıl müqaviləsi” ilə bağlı konstruktivizmindən məmnundur.
“Həm cənab Putin, həm də cənab Zelenski konstruktiv yanaşma nümayiş etdirdilər”, deyə Türkiyə Prezidenti “A Haber” telekanalına müsahibəsində deyib.
Dövlət başçısı bu məsələnin həllinə görə həmkarlarına minnətdarlığını da bildirib.
Eyni zamanda Türkiyə prezidenti əlavə edib ki, Putinlə danışıqlarda Rusiya kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılmasını müzakirə edib, ilk mərhələdə onun Somali, Cibuti və Sudan tərəfindən qəbul ediləcəyini bildirib.
Günel Mikayılova,
KONKRET.az
