Ərdoğan Rusiyadan alınmış S-400-ləri nə vaxt istifadə edəcəklərini AÇIQLADIbackend

Ərdoğan Rusiyadan alınmış S-400-ləri nə vaxt istifadə edəcəklərini AÇIQLADI

Qeyri-müəyyənlik və təhdidlərin heç azalmadığı bir bölgədə uzunmənzilli regional hava və raket hücumundan müdafiə sistemi ehtiyacı çərçivəsində tədarük olunan S-400-lər haqqında polemika yaradılmağa çalışıldığını görürük.

KONKRET.az “Haber Global”-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika turundan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Xüsusilə bu gün yaşanan Rusiya-Ukrayna böhranı bu silahların lazımlılığını yenidən ortaya qoyur. S-400-lərin niyə alındığı dəfələrlə açıqlanıb, səbəbləri, nəticələri, prosesin özü barədə ictimaiyyətə məlumat verilib”, – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, S-400-lərin harada istifadə olunacağı barədə sualın cavabı kifayət qədər aydındır:

“Kim raketlə ölkəmizə hücum etdə, orada istifadə olunacaq. Bir də “S-400-lər anqarda gözləyir” deyirlər. S-400-lər harada gözləməlidirsə, orada gözləyir. Təbii ki, bunlar gizli mövzulardır. Ehtiyac olacağı halda bu sistemin istifadəsinə dair bütün hazırlıqların aparıldığını və prosesin lazımı şəkildə inkişaf etdiyini bilirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*