Ərdoğan “Türkiyə Rusiya, yoxsa Ukraynanı seçəcək” sualını BELƏ CAVABLADIbackend

Ərdoğan "Türkiyə Rusiya, yoxsa Ukraynanı seçəcək" sualını BELƏ CAVABLADI

“Nə Ukrayna, nə də Rusiyadan imtina edə bilərik”.

KONKRET.az “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Rusiyaya hərbi, iqtisadi və ya siyasi sanksiya tətbiq edə bilərmi” sualına cavabında bildirib.

“İkisindən də imtina etmək mümkün deyil. Rusiya ilə həm siyasi, həm hərbi, həm də iqtisadi əlaqələrmiz var. Ukraynadan imtina et desəniz, edə bilmərik, Rusiyadan imtina et desəniz, onu da edə bilmərik. Çünki onunla da indiki vəziyyətdə inkişafda olan əlaqələrimiz var. Biz heç birindən imtina etmədən bu işin həll olunmasını istəyirk. Ona görə də komandamız və heyətimizlə görüşlər keçirəcəyik. Onun üçün də NATO liderlərinin zirvə toplantısına çox böyük əhəmiyyət veririk. Bu tədbirdə bütün liderlərin nə düşündüklərini görəcəyik. Bundan sonra özümüz fəaliyyət göstərəcəyik”, – deyə dövlət başçısı vurğulayıb.

  • yusif
    Fevral 23, 2022 - 16:27

    burada və son 20 ildə bir çox başqa halda ulu Sabirin Xandostu amandı qoyma şeiri yada düşür….bu şeir deyil, öngörmədir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*