Ərdoğan və Əsəd Putinin təklifi ilə telefon danışığı apara bilər – KİVbackend

Ərdoğan və Əsəd Putinin təklifi ilə telefon danışığı apara bilər - KİV

“Ərdoğan və Əsəd Putinin təklifi ilə telefon danışığı apara bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə türk mətbuatı Türkiyə hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd ölkənin şimalındakı vəziyyətlə bağlı birbaşa telefon danışığı apara bilərlər. Bu ideyanı Türkiyə və Suriya liderinə Rusiya Prezidenti Vladimir Putin təklif edib.

“Bildiyiniz kimi, bu yaxınlarda Soçiyə səfər edən prezident Ərdoğan Rusiya lideri Putinlə Suriya ilə bağlı fikir mübadiləsi aparıb. Qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğanın sözlərinə görə, Putin ona təklif edib ki, problemli məsələləri Suriya ilə birlikdə həll etməyə üstünlük versin.

“Suriya ilə sərhəddə terror strukturlarının olmasına baxmayaraq, Putinin təklifi ilə məsələləri mümkün qədər Suriya ilə birlikdə həll etsək, daha dəqiq olardı”, – deyə Ərdoğan bildirib.

Bundan əlavə, nəşrin məlumatına görə, Putin Ərdoğan və Əsədi şəxsən görüşməyə dəvət edib. Buna baxmayaraq, Ankara hesab edir ki, bu cür danışıqlar üçün əlverişli məqam hələ çatmayıb.

“Ancaq qeyd olunub ki, Ərdoğanla Əsəd arasında telefon danışıqları baş tuta bilər. Türkiyə ilə Suriya arasındakı danışıqlar hərəkatında bölgəni yaxşı bilən ekspertlərdən ibarət komissiyanın formalaşmasına başlanılıb”, – deyə məlumatda deyilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*