Ərdoğan və Stoltenberq danışıqlar apardıbackend

Ərdoğan və Stoltenberq danışıqlar apardı

Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, telefon danışığında İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyi müzakirə olunub.

Ərdoğan İsveç və Finlandiyanın üzvlük tələbləri ilə bağlı Türkiyənin təhlükəsizlik narahatlıqlarının ədalətli və qanuni əsaslara söykəndiyini bildirib.

O vurğulayıb ki, hər iki ölkə terrora dəstəyi dayandırdıqlarını, Türkiyəyə qarşı sanksiyaları qaldırdıqlarını və müttəfiqlik həmrəyliyi nümayiş etdirməyə hazır olduqlarını açıq şəkildə bildirməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*