Ərdoğandan Mitsotakisə SƏRT XƏBƏRDARLIQ: “Səhv etməyə çalışsan çılğın türklər üzərinə yeriyəcək”backend

Ərdoğandan Mitsotakisə SƏRT XƏBƏRDARLIQ: “Səhv etməyə çalışsan çılğın türklər üzərinə yeriyəcək”

Prezident Ərdoğan Egey dənizindəki adaları silahlandıran Yunanıstana sərt reaksiya verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan üzünü Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis tutaraq deyib:

“Mitsotakis, bunu yaxşı bil, səhv etməyə çalışsan çılğın türklər üzərinə yeriyəcək, amma ağıllı olsan, səninlə işimiz yoxdur”.

Daha sonra Ərdoğan fikirlərini belə davam etdirib:

“Kılıçdaroğlu, Akşener və İmamoğlu metronun açılışında iştirak edirlər və bu yeraltı nəqliyyat vasitəsinə minirlər. Amma metro öz-özünə hərəkət edir, yəni sürücü yoxdur. Onlar, ‘Bu sistem Parisdə belə yoxdur’ deyirlər. Onlar hələ Parisi görməyiblər. Bizim əməllərimizin çatdığı yerə onların arzuları belə çata bilməz”.

“İngilis nəşri “The Economist” Türkiyənin taleyini təyin edəcək? Xeyr, buna xalqım qərar verəcək. Onlar heç öz ölkələrinin taleyini təyin edə bilmirlər. İnsanlar küçələrdədir. Onlar nə edəcəklərini bilmirlər. Fransa, türkiyə, Almaniya belədir. Amma Türkiyə belə deyil. 2023-cü ildə səhvlərə yol verə bilmərik”, – deyə Ərdoğan vurğulayıb.

ADALARIN SİLAHLANMASI

“Bax, Mitsotakis, bunu yaxşı bil. Səhv etməyə çalışsan, çılğın türklər üzərinə yeriyəcək. Amma ağıllı davransan səninlə işimiz yoxdur. Çoxlu xəyanətlərə baxmayaraq 20 ildir səbrlə ərsəyə gətirdiyimiz strateji layihələrimizi, gedişlərimizi 3-5 həvəskarın keyfinə həvalə edə bilmərik”, – deyə Türkiyə lideri fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*