Ərdoğanı təhqir edən idmançı haqqında saxlanılma qərarı çıxarıldıbackend

Ərdoğanı təhqir edən idmançı haqqında saxlanılma qərarı çıxarıldı

Türkiyəli keçmiş üzgüçü Dərya Büyükuncunun milli idmançı lisenziyası ləğv ediləcək.

KONKRET.az xəbər verir ki, buna səbəb idmançının koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan haqqında təhqir dolu paylaşım etməsidir.

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu sabiq üzgüçünün cəzalandırılmasına lisenziyanın ləğvi ilə başlanıldığını bildirib.

İstanbul Baş Prokurorluğu Dərya Büyükuncu haqqında saxlanılma qərarı çıxarıb.

Qeyd edək ki, Dərya Büyükuncu dünya və Avropa çempionatının bürünc mükafatçısıdır. O, 4 dəfə FİNA Dünya Kubokunun qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*