Ərdoğanla Paşinyan arasında ilk telefon danışığı OLDUbackend

Ərdoğanla Paşinyan arasında ilk telefon danışığı OLDU

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir Nikol Paşinyan arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan hökumətin mətbuat xidməti məlumat verib. Məlumata görə, tərəflər bir sıra məsələləri müzakirə ediblər.

Həmsöhbətlər iki ölkə arasında münasibətlərin tənzimlənməsi üzrə ikitərəfli prosesin vacibliyini vurğulayıblar və onların fikrincə, bu, regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Bu kontekstdə iyulun 1-də iki ölkənin xüsusi nümayəndələrinin son görüşündə əldə olunmuş razılaşmaların tezliklə həyata keçirilməsinə ümidvar olduqlarını bildiriblər.

Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə, Türkiyə Prezidenti isə öz növbəsində Ermənistanın baş nazirini Vardavar, Tanrının Transfiqurasiya bayramı münasibətilə təbrik edib.

Onu da qeyd edək ki, bu, iki ölkə başçısının ilk telefon danışığıdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*