Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ABŞ prezidenti Donald Trampla G-20 Liderler Sammiti çərçivəsində görüşü baş tutub. 40 dəqiqə sürən görüşün təfərrütları tam məlum olmasa da, mətbuata açıqlamalarda bildirilib ki, ABŞ prezidenti Tramp Obama vaxtında Türkiyəyə ədalətli yanaşılmadığını və “Patriot”ların haqsız olaraq bu ölkəyə satılmadığını vurğulayıb. Ərdoğan isə ticarət və müdafiə sənayesi sahəsində atılacaq addımların mühüm olduğunu ve ABŞ-la strateji ortaqlığın bir çox istiqamətlərdə həmrəyliyini təşviq edib. “İNTEX Osaka Fuar” Mərkəzindəki təmasları çərçivəsində Donald Tramp vurğulayıb ki, “Böyük nisbətdə ticarətlə bağlı məsələləri müzakirə etdik. İki ölkə arasında ticarət dövriyyəsini 4 dəfə artırmağı planlaşdırırıq. Əlaqələrimizdən çox məmnunuq. Hərbi ticarətə də başlamaq qərarına gəldik. Sizinlə birlikdə olmaq bir şərəfdir. Ərdoğan dostcasına münasibətdə olduğum bir lider. Türkiyəni ziyarət etməyi planlaşdırıram, tarix hələ dəqiqləşməyib. Ərdoğan Obama hakimiyyətində “Patriot” almaq istəsə də, lakin izin verilməyib. Obama vaxtında Türkiyəyə adil davranılmadı”.
Ərdoğan isə görüşü dəyərləndirərək bildirib ki, “hazırda ticarət dövriyyəsini 75 milyard dollara çatdırmağı nəzərdə tuturuq. Müdafiə sənayesi sahəsində atdığımız addımlar və atacağımız addımlar var, amma hər şeydən öncə bir strateji ortaqlığımız var. Bu strateji ortaqlığımız təbii bir çox sahədə həmrəyliyimizi təşviq edir. Bundan sonra da bu həmrəyliyimizin eyni şəkildə davam edəcəyinə əminəm.”
