Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
KONKRET.az xəbər verir ki, Prezident Administrasiyasında keçirilən iclasda beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Həmçinin MTŞ-nin iclasında Ermənistanla normallaşma prosesi çərçivəsində Qafqazda baş verən proseslər müzakirə olunub.
Bundan başqa toplantıda Ərdoğanın da qatılacağı cümə axşamı günü Brüsseldə keçiriləcək NATO-nun Fövqəladə Liderlər Zirvəsi öncəsi Rusiya-Ukrayna böhranı qiymətləndirilib.
11:14
Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.
KONKRET.az xəbər verir ki, toplantıda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün atılan addımlar və danışıqlarda yaranmış hazırkı durum nəzərdən keçiriləcək.
Həmçinin iclasda Rusiya ilə Ukrayna arasında davam edən müharibə, Türkiyənin Moskva və Kiyev arasında vasitəçiliyi və regionla bağlı humanitar dəstəyi barədə də fikir mübadiləsi aparılacaq.
FETO, PKK, İŞİD başda olmaqla terror qruplaşmalarına qarşı mübarizə də Milli Təhlükəsizlik Şurasının gündəliyində olacaq.
