Ərəb koalisiyası Yəməndə husilərin silah anbarını məhv etdibackend

Ərəb koalisiyası Yəməndə husilərin silah anbarını məhv etdi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası husi üsyançılarının hədəflərinə silsilə hücumlar həyata keçirib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, koalisiya komandanlığı pilotsuz təyyarə fabriki və silah anbarlarını məhv edib.

Yəmənin paytaxtı Sənanın şimalında Zehban bölgəsindəki hərbi düşərgəyə də hava zərbələri endirilib.

Son günlər koalisiya qüvvələri Səna bölgəsində husilərin hərbi hədəflərinə intensiv hava zərbələri endirir.

Qeyd edək ki, Yəməndə 2014-cü ildən husilərlə hökumət qoşunları arasında silahlı qarşıdurma davam edir. Silahlı münaqişə üç milyona yaxın insanı didərgin salıb. Husilər 2014-cü ildən Yəmənin paytaxtı Səna da daxil olmaqla, ölkənin bəzi bölgələrinə nəzarəti ələ keçiriblər.

2015-ci ildən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmən hökumətini dəstəkləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*