Erməni barbarlığının növbəti sübutu: Kəlbəcərdən çıxarkən evləri və meşələri yandırırlar – VİDEObackend

Erməni barbarlığının növbəti sübutu: Kəlbəcərdən çıxarkən evləri və meşələri yandırırlar - VİDEO

Qarabağ müharibəsində uğursuzluğa düçar olan və Azərbaycan Ordusu qarşısında darmadağın olan Ermənistan silahlı qüvvələri Kəlbəcəri tərk etməyə məcbur edilib.

KONKRET.az xəbər verir ki, ərazini tərk edən erməni əhali isə gedərkən yanğınlar törədirlər.

Bu barədə erməni “Telegram” kanalları məlumat və videolar paylaşıb.

Qeyd olunub ki, ermənilər işğaldan azad edilmiş ərazilərdən çıxarkən evləri və meşələri yandırırlar.

Bu isə onların necə vandal olduqlarının növbəti sübutudur. İşğal etdikləri torpaqlardan çıxmalı olan ermənilər ekoloji terror törədir, təbiətə ziyan vurmaqla bir daha mənfur niyyətlərini büruzə verirlər.

Bununla bağlı videonu təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*