Erməni deputatlar Türkiyəyə GETDİLƏR – FOTObackend

Erməni deputatlar Türkiyəyə GETDİLƏR - FOTO

Erməni deputatlar Türkiyəyə gediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatları Hasmik Akopyan və Çovinar Vardanyan Türkiyənin İstanbul şəhərində səfərdədir.

Onlar Parlamentlərarası İttifaqın miqrasiya məsələlərinə həsr olunan forumunda iştirak edirlər.

Deputatlar iyunun 19-da Türkiyəyə gediblər, ayın 22-də geri qayıdacaqlar. Parlamentin Xarici əlaqələr şöbəsinin baş mütəxəssisi Zabela Kazaryan onlarla birlikdə İstanbula gedib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*