Erməni əsgəri Qafanda itkin düşdübackend

Erməni əsgəri Qafanda itkin düşdü

Qafan şəhərində yerləşən N saylı hərbi hissəsinin əsgəri itkin düşüb və ondan hələ də xəbər yoxdur. Əsgərin hərbi hissəni könüllü tərk etməsindən artıq 5 gün keçir. Əsgər Knarikin qohumu bildirib ki, o, hərbi hissəsə 9 aydır xidmət edirmiş və heç vaxt xidmətdən narazılığı olmayıb.

KONKRET.AZ shamsiyan.com-a istinadən xəbər verir ki, qohumunun sözlərinə görə bir neçə gündür ailə üzvləri, Qafan, Vanadzor və İrəvan Hərbi Polisi, eləcə də digər hüquq-mühafizə orqanları əsgərin axtarışı ilə məşğuldur.

Hərbi hissədən bildiriblər ki, Knarik hərbi hissənin hasarından tullanaraq qaçıb və bu günə qədər ondan heç bir məlumat yoxdur. Hərbi komandanlıq ona heç bir icazə verməyib və əsgər hərbi hissəni özbaşına tərk edib.

Ailə üzvləri çox narahatlıq keçirirlər. Belə ki, əsgərin hansı səbəbdən hərbi hissəni tərk etdiyi bilinmir.  “Onun bu hərəkəti bizim üçün bir sirrdir”, – deyə qohumları bildiriblər.

Qeyd edək ki, Qafan, Vanadzor və İrəvan bölmələrinin əməkdaşları əsgərin Vanadzorda qeydiyyata alındığını deyiblər. Hazırda Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi əsgərin axtarışını öz üzərinə götürdüyü vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*