Erməni əsilli müğənninin həyatına SUİ-QƏSD – Telman İsmayılovun işi məhkəməyə göndərildibackend

Erməni əsilli müğənninin həyatına SUİ-QƏSD - Telman İsmayılovun işi məhkəməyə göndərildi

Rusiya Federasiyasının Baş Prokurorluğu ittiham aktını təsdiqləyib və iş adamı Telman İsmayılovun sifarişi ilə 2006-cı ildə müğənni Avraam Russonun həyatına sui-qəsdlə bağlı iş Moskva  məhkəməsinə göndərib.

KONKRET.az “Interfax”a istinadla xəbər verir ki, işlə bağlı açıqlamada deyilir:

“Rusiya Federasiyasının Baş Prokurorluğu estrada müğənnisi Avraam Russo və onun mühafizəçisi Roman Fetisovu öldürməyə cəhddə təqsirləndirilən Mixail Demkin, Vitali Djura və Aleksey Tryasnikova qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib”.

Cinayət işi mahiyyəti üzrə baxılması üçün andlı iclasçıların iştirakı ilə Moskvanın Xamovniçeski Rayon Məhkəməsinə göndərilib.

İstintaqın məlumatına görə, 2006-cı ildə Telman İsmayılov “şəxsi himayəsindən imtina edən pop müğənnisi Avraam Russoya qarşı şəxsi düşmənçilik hiss edərək onu öldürmək qərarına gəlib”.

T.İsmayılov cinayəti törədənlərin tapılması üçün şəxsi mühafizəçiyə göstəriş verib.

19 avqust 2006-cı ildə Plyuşçixadakı evin yaxınlığında Demkin “Russoya və onunla birlikdə maşında olan mühafizəçi Fetisova ən azı altı dəfə atəş açıb”. Russo sol budundan dörd yara alıb.

A. Russo 5 milyon rubl məbləğində mənəvi ziyana görə iddia qaldırıb.

İş adamı T. İsmayılov isə 2021-ci ilin oktyabrından siyasi sığınacaq aldığı Monteneqroda gizlənir. Yenisabah.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*