Bu ilin yavnar ayından Ermənistandan qaçan və ona qarşı qaldırılmış cinayət işindən sonra Rusiya hakimiyyətindən sığınacaq istəyən ədliyyə general-mayoru Miqran Poqosyan hazırda ABŞ-ın Kaliforniya ştatında Qlendeyl şəhərindədir.
KONKRET.AZ Jamanak-a istinadən xəbər verir ki, general-mayorun bu ölkədə necə axtarıldığı hələ məlum deyil, ancaq görünən odur ki, hüquq-mühafizə orqanlarının onu Ermənistana qaytarması prosesi getdikcə çətinləşib.
Xatırladaq ki, Poqosyan rəsmi səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda var-dövlət sahibi yığmaqda ittiham olunur.
Erməni mətbuatının yazdığına görə, Miqran Poqosyan 2019-cu ilin yanvarında Ermənistanı tərk edib, aprel ayında isə istintaq xidməti onun tutulması üçün vəsatət qaldırıb.
Poqosyan bir neçə epizodda qanunsuz biznesdə ittiham olunur. Xüsusilə, baş məhkəmə icraçısı olduğu müddətdə öz şirkətlərinə mal və xidmətlər üçün şişirdilmiş qiymətlər sifariş verib. Avtomobil satınalmaları məhz onun “Katerine Group” şirkəti vasitəsilə edilib. Ermənistanda hakimiyyət dəyişməzdən əvvəl bu şirkət tropik meyvələrin (banan, portağal və s.) idxalı üçün açıq olmayan üstünlüklərdən istifadə edib.
KONKRET.AZ
