Erməni hərbçi ağır xəsarət aldıbackend

Erməni hərbçi ağır xəsarət aldı

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində baş verən bədbəxt hadisə nəticəsində daha bir əsgər ağır xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Bildirilib ki, park təsərrüfat günündə zirehli texnikaya texniki qulluq zamanı ehtiyatsızlıq səbəbindən baş verən hadisə nəticəsində 2020-ci ildə hərbi xidmətə çağırılmış 3-cü tabor 9-cu bölüyün əsgəri Hrayr Sarkisyanın sağ ayağı sınıb.

Hərbi hissə komandanlığı baş verən hadisəni gizlətməyə çalışsa da, bundan xəbər tutan hərbi polis hərbi qulluqçu H.Sarkisyanın xəsarət alması faktı ilə bağlı araşdırmaya başlayıb. Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*