“Erməni hərbçi döyüş mövqelərinin koordinatlarını 200 dollara satıb” – VİDEObackend

"Erməni hərbçi döyüş mövqelərinin koordinatlarını 200 dollara satıb" - VİDEO

“Erməni hərbçi döyüş mövqelərinin koordinatlarını 200 dollara satıb”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası Ermənistan xüsusi xidmət orqanlarına istinadən məlumat verib. Ermənistanın Milli Təhlükəsizlik Xidməti döyüş mövqelərinin koordinatlarını xarici kəşfiyyat nümayəndələrinə ötürməkdə şübhəli bilinən hərbçini həbs edib.

“Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri zamanı 2022-ci ilin yanvarında “Facebook” sosial şəbəkəsi vasitəsilə həbs edilən şəxsin xarici xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb, daha sonra onlar tərəfindən işə cəlb olunduğu müəyyən edilib. Bundan sonra o, 2022-ci ilin yanvar-mart ayları ərzində mobil telefonun “Watsapp” əlavəsi, həmçinin “Facebook” sosial şəbəkəsinin “Messenger” proqramı vasitəsilə dövlət və rəsmi sirri təşkil edən məlumatları toplayaraq xarici ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələrinə ötürüb”, – hesabatda deyilir.

Hərbçinin bunun müqabilində xarici dövlətin xüsusi xidmət orqanlarının göndərdiyi bank köçürməsi yolu ilə 200 dollar mükafat aldığı da bildirilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*