Erməni kilsəsində Qasım Süleymaninin xatirəsi anıldı – FOTOLARbackend

Erməni kilsəsində Qasım Süleymaninin xatirəsi anıldı - FOTOLAR

İranın Erak şəhərindəki Surb Mesrop erməni kilsəsində general Qasım Süleymaninin anım mərasimi keçirilib. Kilsədə generalın şəkli asılıb və xatirəsinə erməni dilində dualar oxunub.

Xatırladaq ki, Q.Süleymani İslam İnqilabı Keşikçiləri Korpusunun Quds xüsusi təyinatlılarının rəhbəri olub. O, yanvarın 3-də ABŞ rəhbərliyinin əmri ilə Bağdadda öldürülüb.

Onu da qeyd edək ki, İranın ali ruhani lideri Ayətullah Əli Xamenei generalın qisasını alacağına söz verib. Artıq bu gecə ABŞ-ın İraqdakı iki hərbi bazası raket atəşinə tutulub.

KONKRET.az kilsədən fotoları təqdim edir:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*