Erməni mayorun son əmri – Əsgərləri qaçırın! – FOTOLARbackend

Erməni mayorun son əmri – Əsgərləri qaçırın! - FOTOLAR

“Mənim seçimim qalmayıb, əsgərləri qaçırın!”

Bu əmri Azərbaycan Ordusunun gücü qarşısında tab gətirməyən mayor Edgar Matevosyan (“Matos” ləqəbi ilə tanınırmış) silahdaşlarına, zabitlərə öldürülməsindən bir saat əvvəl verdiyi son əmri idi.

KONKRET.az yerevanews.ru saytına istinadən xəbər verir ki, Ermənistanda o, təcrübəli kəşfiyyatçı kimi tanınırmış. Silahdaşlarına və ona tabe olan zabitlərə ölümündən qabaq verdiyi əmri isə belə şərh edilir ki, qeyri-bərabər döyüşdə əsgərlərinin həyatını xilas etməyi bacarıb.

Sayt yazır ki, erməni əsgərləri üçün Qarabağ əsl cəhənnəmə dönüb. Sadəcə jurnalist bu ifadəni bir qədər yumşaldaraq Qarabağı çox dəhşətli döyüşlərin olduğu yer kimi səciyyələndirib.

Öldürülən erməni terrorçusunun həyat yoldaşı Astine isə onunla fəxr etdiyini deyir.

Haşiyə: Ermənilər istəmədən etiraf edirlər ki, onlar yalnız döyüş meydanından qaçmaqla murdar bədənlərinin cəsəd olmasından qurtara bilərlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*