Ermənistan müxalifəti sabah İrəvana rəsmi səfərə gələn Monteneqro prezidentini hər yerdə müşayiət edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Müqavimət” hərəkatının lideri İşxan Saqatelyan deyib.
“Hakimiyyətin qeyri-legimit, danışıqların isə anlamsız olduğunu nümayiş etdirmək gərəkdir”, – deyə o bildirib.
Saqatelyan tərəfdaşlarını sabah Fransa meydanında nümayəndə heyətini qarşılamağa səsləyib.
