“Erməni öz torpağına möhkəm bağlıdır və onu müdafiə etməyə hazırdır” – Saqatelyanbackend

"Erməni öz torpağına möhkəm bağlıdır və onu müdafiə etməyə hazırdır" - Saqatelyan

Ermənistan parlamentinin “Ermənistan” fraksiyasından olan bir qrup deputatı Qeqarkunik rayonuna səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə fraksiyanın deputatı İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb.

“Bu gün biz “Ermənistan” blokunun deputatları Seyran Ohanyan, Aqvan Vardanyan, Qarnik Danielyan, Kristine Vardanyan və Arqişti Gevorqyanla Qeqarkunik rayonuna səfər etdik.

Sentyabrın 13-də döyüş baş vermiş sərhəd kəndlərində olduq. Döyüş əməliyyatları nəticəsində həlak olan və itkin düşmüş hesab edilənlərin ailələrinə baş çəkdik.

Aregun, Sotk, Pokr Masrik, Norabak kəndlərində və Vardenis şəhərində ictimai görüşlər keçirdik, vəziyyətlə bağlı müzakirələr apardıq.

Dövlətin düşmənçilik hərəkətlərinə və fəaliyyətsizliyinə baxmayaraq, erməni öz torpağına möhkəm bağlıdır və onu müdafiə etməyə hazırdır”, – Saqatelyan

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*