Erməni psixoloq: “Qızlar və qadınlar əsasən ataları, qardaşları, əmi və əmiuşaqları tərəfindən zorlanır”backend

Erməni psixoloq: "Qızlar və qadınlar əsasən ataları, qardaşları, əmi və əmiuşaqları tərəfindən zorlanır"

Ermənistanda zorakılıq hadisələri ildən-ilə çoxalır.

KONKRET.az xəbər verir ki, erməni mediasında sadalanan statistik məlumatlar da bunu sübut edir.

Məsələn, təkcə Şirak bölgəsində il ərzində 11 zorakılıq hadisəsi qeydə alınıb, bunlardan 3-ü cinsi xarakter daşıyır. Bu, əlbəttə ki, real mənzərə deyil, çünki bu mövzu, xüsusən də kənd icmalarında qapalı qalmaqda davam edir.

Erməni psixoloq Yelena Hovannisyanın sözlərinə görə, kənd icmalarında əksər hallarda qızlar və qadınlar ataları, qardaşları, əmi və əmiuşaqları tərəfindən cinsi zorakılığa məruz qalır: “Təcrübə göstərir ki, təcavüzkarlar həmişə özləri üçün təhlükəsiz qurban seçirlər, yəni qohumlara təcavüz etməklə məsələnin ört-basdır ediləcəyini düşünürlər”. Psixoloqun fikrincə, şəhər mühitində isə cinsi təcavüzə məruz qalanların çox hissəsi yaxın qohumlardan deyil, qonşulardan, dost və tanışlardan olur.

Yelena Hovannisyan vurğulayıb ki, belə halları düşünmək belə qorxuncdur və buna qarşı ciddi mübarizə aparılmalıdır. Qohumların belə halla üzləşdikdə səssiz qalmamalarını mütləq hesab edən psixoloq onu da əlavə edib ki, zorakılıqla yalnız inzibati metodlarla deyil, əsasən maarifləndirmə ilə mübarizə aparmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*