Erməni qadın 4 uşağı ilə Şuşaya girmək istədi – “Azərbaycan vətəndaşı olmaq istəyirəm”backend

Erməni qadın 4 uşağı ilə Şuşaya girmək istədi – “Azərbaycan vətəndaşı olmaq istəyirəm”

Azərbaycan torpaqları erməni işğalında olduğu zaman Şuşada qanunsuz məskunlaşan erməni qadınlarından biri, 32 yaşlı İzaura Balasanyan yenidən 4 uşağı ilə şəhərə qayıtmaq və Azərbaycan vətəndaşlığını almaq istəyir.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə İzaura Balasanyan özü məlumat verib:

“Evim olmadığı üçün Şuşaya qayıtmaq qərarına gəldim. Sərhəd keçid məntəqəsinə (Rusiya sülhməramlı kontingentinin postu) gəldim, lakin  şəhərə girə bilmədim. Sonra ruslar komandirlərini çağırdılar və nazirliyə (separatçı rejimin “milli təhlükəsizlik xidməti”) məlumat verdilər” –  Balasanyan vurğulayıb.

Müharibədən sonra İzaura Balasanyan Xankəndindəki yataqxanalardan birində məskunlaşıb. Lakin kirayə haqqı qaldırıldığından erməni qadın oradan ayrılmaq qərarına gəlib.  Müxtəlif  qurumlara edilən çoxsaylı müraciətlərə baxmayaraq, qadına yaşamaq üçün başqa mənzil verilməyib. Balasanyan isə Şuşaya qayıtmaq istəyinin uğursuzluqla nəticələnməsindən sonra, Əsgəranın kəndlərindən birindəki uçuq evdə yaşamağa başlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*