Erməni terroru nəticəsində 8 uşaq həlak olub, 32-si yaralanıb – RƏSMİ STATİSTİKAbackend

Erməni terroru nəticəsində 8 uşaq həlak olub, 32-si yaralanıb - RƏSMİ STATİSTİKA

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 nəfər həlak olub, onlardan 18-i qadın, 8-i uşaq olub.

293 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-i uşaq olub.

2072 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 388 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*