Erməni Vahid İnformasiya Mərkəzi ölkə vətəndaşlarına müraciət edib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Erməni Vahid İnformasiya Mərkəzi İrəvanın müxtəlif yerlərində partlayıcı qurğuların quraşdırılması ilə bağlı tez-tez xəbərlərin yayılması ilə əlaqədar ölkə vətəndaşlarına müraciət edib.
Müraciətdə deyilir ki, son aylar minalanma ilə bağlı xəbərlər əsasən elektron məktublar şəklində daxil olub. Bu e-poçtların müəlliflərinin kimliyini öyrənmək uzun və mürəkkəb prosesdir. E-poçt göndərənlərin çox vaxt başqa ölkələrin vətəndaşları olması yalan məlumat verənlərin tapılması və mühakimə olunmasını çətinləşdirir.
Ermənistan qanunvericiliyinə görə, partlayıcı qurğular haqqında məlumat daxil olduqda, təhlükəsizlik məqsədilə vətəndaşlar müəyyən edilmiş yerlərdən təxliyə edilməli, habelə yoxlama işləri aparılmalıdır.
Əvvəlki bütün siqnallar yalan olsa da, Ermənistan Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri yüksək sayıqlığı davam etdirir və belə fövqəladə hallar üçün müəyyən edilmiş bütün zəruri tədbirləri həyata keçirir.
Xuraman Etibarlı,
KONKRET.az